Peşəkar Dermatoloq
2015-ci ildə Ukrayna Tibb Universitetini uğurla bitirmişdir. Elə həmin il Akne Vulgaris (sızanaq) müalicəsi mövzusunda diplom işini müdafiə etmiş və müsbət klinik nəticələr əldə etmişdir. Təhsil aldığı dövrdə universitet tərəfindən təşkil olunan müxtəlif ixtisasartırma kurslarında fəal iştirak etmişdir.
Həkimin əsas fəaliyyət istiqaməti dəri xəstəliklərinin müasir tibbi metodlarla müalicəsi, eləcə də müxtəlif kosmetoloji prosedurların həyata keçirilməsidir.
2016-cı ildə İstanbul MD Dermatoloji Klinikasında 6 ay müddətində təkmilləşmə kursları keçmiş və praktik fəaliyyət göstərmişdir. 2017-ci ildə isə Moskvada yerləşən Gözəllik Universitetində ixtisasartırma təlimlərində iştirak etmişdir.
Bununla yanaşı, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konqres və professional kurslara qatılaraq bilik və təcrübəsini davamlı şəkildə artırmışdır. 15.000+ pasiyent qəbul etmişdir.
Peşəkar Təcrübə
Karyera Yolu
İllərlə əldə edilmiş təcrübə və müxtəlif tibb müəssisələrində aparılan işlər
Akne Vulgaris (sızanaq) müalicəsi mövzusunda diplom işini müdafiə etmiş və tibb təhsilini uğurla başa vurmuşdur.
6 ay müddətində təkmilləşmə kursları keçmiş və praktik fəaliyyət göstərmişdir.
İxtisasartırma təlimlərində iştirak etmiş və beynəlxalq sertifikat əldə etmişdir.
15.000+ pasiyent qəbul etmiş, dermatoloji və kosmetoloji xidmətlərin göstərilməsi.
Peşə Haqqında
Dermatologiya tibb elminin ən geniş sahələrindən biridir, çünki dəri orqanizmin ən böyük orqanı olaraq bir çox daxili xəstəliyin ilk əlamətlərini göstərir. Bakıda dermatoloq axtarırsınızsa, peşəkar müayinə ilə probleminizin kök səbəbini müəyyən etmək vacibdir.
Dermatoloq sızanaq, akne vulgaris, ekzema, psoriaz, dermatit, rozasea kimi dəri xəstəliklərini, həmçinin dəri ləkələri, çapıq izləri, xalların müayinəsi, saç tökülməsi və dırnaq problemlərini müalicə edir. Müayinə zamanı həkim dərinin vəziyyətini vizual və dermoskopik üsullarla qiymətləndirir, lazım gəldikdə laborator testlər təyin edir və hər pasiyent üçün fərdi müalicə planı hazırlayır. Müasir dermatoloji müalicə üsullarına medikamentoz terapiya, lazer prosedurları, PRP, mezoterapiya, kimyəvi pilinq və kosmetoloji müdaxilələr daxildir.
Dərinizdə uzun müddət davam edən səpgi, qaşıntı, qızartı, yeni yaranan və ya forması dəyişən xallar, saç tökülməsi və ya hər hansı estetik narahatlıq varsa, vaxt itirmədən peşəkar dermatoloqa müraciət edin. Dr. Fəridə Axundova 10+ illik təcrübəsi və müasir müalicə yanaşması ilə dəri problemlərinizin kök səbəbini tapıb effektiv həll yolu təqdim edəcək.
Görüş Təyin Et
Ziyarət Vaxtı
Aşağıdakı əlamətlər olduqda mütləq dermatoloq müayinəsi keçirməlisiniz
Üzdə və bədəndə səpkilər (sızanaq, akne vulgaris) olduqda dermatoloq müayinəsi tələb olunur.
Dəridə, saçda və ya dırnaqda qızartı, qaşıntı, yara və ya qeyri-adi görünüşlər olduqda.
Saç tökülməsi və ya seyrəlməsi narahatlıq doğurursa mütəxəssisə müraciət edilməlidir.
Ağızda və ya bədəndə təkrarlayan yaralar varsa dermatoloji müayinə vacibdir.
Estetik və kosmetik prosedurlar (botoks, dolğu və s.) üçün ehtiyac duyulduqda.
Peşəkar dəri qulluğu və profilaktik müayinələr üçün dermatoloqa müraciət edin.
Nətİcələr
Sızanaq müalicəsi nəticəsi
Sızanaq müalicəsi nəticəsi
Sızanaq müalicəsi nəticəsi
Sızanaq müalicəsi nəticəsi
İş Cədvəli
Dermatoloq Dr. Fəridə Axundova hal-hazırda Bakıda yerləşən Medaura Klinikasında fəaliyyət göstərir və pasiyentləri qəbul edir.